İran prezidenti metro ilə işə getdi - FOTOLAR
Bizi izləyin

Dünya

İran prezidenti metro ilə işə getdi - FOTOLAR

İran Prezidenti Həsən Ruhani bu gün işə metro ilə gedib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

İranda “Təmiz hava günü” qeyd olunur və bu münasibətlə prezident simvolik olaraq ictimai nəqliyyat vasitəsi kimi metrodan istifadə edib.

H.Ruhani Tehran metrosunun "Azadi" stansiyasından "İmam Əli" stansiyasına kimi qatarla gedib və metrodakı vətəndaşlarla səmimi görüşüb, onların problemlərini dinləyib.

Prezidenti İranın Ekologiya və Ətraf Mühit Təşkilatının sədri xanım Məsumə İbtikar da müşayiət edib.

Qeyd edək ki, “Təmiz hava günü” münasibətilə İranın digər rəsmiləri də ictimai nəqliyyatdan istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm