Dünya
Olland “uçmağa” başladı – PROQNOZ ÖZÜNÜ DOĞRULDUR
Parisdə həyata keçirilən terror aktlarından sonra Fransa prezidenti Fransua Ollandın reytinqi 21 faiz artaraq 40 faiz təşkil edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “İfop” institutunun keçirdiyi ictimai rəy sorğularının nəticələri ilə bağlı xəbərdə deyilir.
Dövlət başçısının iqtisadi sahədə atdığı addımları rəyi soruşulanların 24 faizi dəstəkləyir. Respondentlərin 23 faizi Ollandı ikinci müddətə prezident postunda görmək istəyir. 2014-cü ilin dekabr ayında isə bu fikirdə olan fransızlar cəmi 14 faiz təşkil edirdi.
Qeyd edək ki, Fransua Olland 15 may 2012-ci ildə Fransanın 24-cü prezidenti olub. 2013-cü ilin fevralında onun reytinqi 30 faiz təşkil edib və bu, onu 1981-ci ildən sonrakı Fransanın ən qeyri-populyar liderinə çevirib. Həmin ilin noyabrında cəmi 20 faiz respondent dövlət başçısını dəstəkləyirdi və bu, Ollandı “Beşinci respublika” tarixinin ən qeyri-populyar prezidenti edib. 2014-cü ilin sentyabr ayında keçirilən son sorğulara görə isə ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyirdi. Bu isə Fransa tarixində ən aşağı göstərici idi. Onun əsas rəqibi olan “Milli Cəbhə” Partiyasının lideri Marine Le Peni isə əhalinin 40 faizindən çoxu dəstəkləyirdi.
Xatırladaq ki, Paris terroru və onun nəticələri ilə bağlı “Qısamüddətli qələbə” faktoru, yaxud Paris terrorunda Ollandın payı - VERSİYA” başlıqlı yazımızda (http://publika.az/p/60253) terror aktının Ollanda gətirəcəyi dividendlərə toxunmuşduq. Qeyd etmişdik ki, qarşıdan prezident seçkiləri gəlir və Ollandın reytinqi Fransa prezidentləri tarixində ən aşağı reytinqdir. Bildirmişdik ki, Olland terror aktından sonra xalqı “ümumi düşmən”ə qarşı birləşdirə bilsə, reytinqini xeyli artıra bilər.
Ömər Dağlı |
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO