Fransız polisi ağır silahlar tələb edir
Bizi izləyin

Dünya

Fransız polisi ağır silahlar tələb edir

Fransa polisləri ölkədəki terror aktlarından sonra ağır silahlarla təmin edilməsini tələb edir.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, sözügedən tələb həmkarlar ittifaqlarının üzvləri ilə Daxili İşlər Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.

Polislər görüşdə ağır silahlarla təmin edilməsi ilə yanaşı, onların hazırlıq səviyyəsinin yüksəldilməsini tələb ediblər. Söhbətin məhz hansı silahlardan getdiyi bildirilmir.

Qeyd edək ki, Fransada 7-9 yanvar tarixlərində terror aktları nəticəsində üç polis əməkdaşı həlak olub. Onlardan ikisi Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum zamanı öldürülüb. Onların silahsız olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm