Şişaniyə sui-qəsd olunub - FOTO
Bizi izləyin

Dünya

Şişaniyə sui-qəsd olunub - FOTO

Suriyada Nusrə cəbhəsi ilə birlikdə hərəkət edən Mühacir və Ənsar Ordusunun Çeçenistandan olan lideri Səlahəddin Şişaniyə sui-qəsd olunub.

Publika.az xəbər verir ki, bu gün axşam saatlarında Şişaninin avtomobilinə qoyulmuş bomba partlayıb. Lakin çeçen komandir maşında olmadığından sui-qəsdçilərin planı baş tutmayıb. Partlayış zamanı Şişaniyə yaxın bir nəfər qafqazlı döyüşçünün öldüyü bildirilir.

Bombanın kim tərəfindən qoyulduğu məlum deyil. Amma Şişanini İŞİD-in aradan götürmək istədiyi ehtimal edilir. Çünki çeçen lider ötən ay Rakka şəhərinə gedərək Ahraruş Şam və Nusrə Cəbhəsi adına IŞİD-ə atəşkəs təklif edib. Lakin onun təklifi rədd olunub və İŞİD-i qəbul etməyən hər kəslə döyüşəcəklərini bildiriblər.

Şişani İŞİD-ə biət etməyib

Eyni zamanda Şişani çox maraqlı bir açıqlama da verib. Qafqaz Əmirliyi qruplaşmasına bağlı olduğunu deyən Şişani İŞİD-dən biət təklifi aldığını, amma qəbul etmədiyini bildirib. Ona görə də, sui-qəsdin İŞİD və ya ötən günlərdə Qafqaz Əmirliyindən ayrılaraq İŞİD-ə qoşulduğunu bəyan edən qruplaşma tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm