Dünya
"Boko Haram" qətliamın məsuliyyətini öz üzərinə götürdü
"Boko Haram" islamçı qrupunun lideri Baqa şəhərindəki qətliamın onun döyüşçüləri tərəfindən həyata keçirildiyini bildirib.
Publika.az xəbər verir ki, Abubakar Şekau kimi təqdim edilən şəxs video vasitəsilə yaydığı bəyanatda Nigeriyanı məhv etmək üçün kifayət qədər silaha malik olduqlarını deyib. O, həmçinin qonşu Kamerun, Niger və Çadı hücumla hədələyib.
4 yanvarda Baqaya hücum vaxtı şəhərdəki beynəlxalq qüvvələrin tərkibində 50-dək Niger dövlətinin hərbçisi xidmət edib. Şəhəri tərk edərək qonşu Çada üz tutan qaçqınlar çox sayda adamların öldürüldüyünü və şəhərə od vuruluduğunu deyiblər.
Bəzi məlumatlarda silahlıların hücumu vaxtı 2000-dək adamın öldürüldüyü göstərilir. Lakin Nigeriya hökuməti hadisədə 150 adamın qətlə yetirildiyini hesab edir.
Boko Haram qrupu Nigeriyanın şimalı ilə yanaşı qonşu Çad və Kamerun ərazilərində xilafət yaratmaq niyyətində olduğunu bildirir.
Təşkilat müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyəti "haram" sayaraq qadağan edir.
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO