Dünya
Netanyahunun dəvəti Amerikada ortalığı qarışdırdı
ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatasının başçısı Con Boxnerin İsrailin baş naziri Benyamin Netanyahunu “İran təhdidi” mövzusunda çıxış etməsi üçün Konqresə dəvət etməsi Ağ Evi qəzəbləndirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev dəvətin protokolu heçə saymaq anlamına gəldiyini açıqlayıb.
Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında dəvəti “bu, protokolu heçə saymaqdır. Liderləri yalnız liderlər dəvət edər” deyərək Boxberə cavab verib. O, Ağ Evin Benyamin Netanyahunun mümkün ABŞ səfəri üçün israilli səlahiyyətlilərlə hələ görüşmədiyini də əlavə edib.
ABŞ dövlət katibi Con Kerri isə İsrail baş nazirinin ABŞ-da çıxışının hər zaman məmnuniyyətlə qarşılanacağını, amma hazırkı vəziyyətin “bir az qeyri-adi” olduğunu vurğulayıb.
Con Boxner isə buna Konqresin özünün qərar verə biləcəyini deyib.
Ömər Dağlı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı