Separatçılar 80 “kiborq”u qazla zəhərlədi
Bizi izləyin

Dünya

Separatçılar 80 “kiborq”u qazla zəhərlədi

Separatçılar Donetsk aeroportunda 80 “kiborq”u qazla zəhərləyiblər.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ATƏT-in xüsusi monitorinq missiyasının gündəlik hesabatında deyilir.

ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının nümayəndələri “kiborq”lardan biri ilə söhbət edib. O, separatçılar tərəfindən aeroporta edilən qaz hücumundan danışıb. “Kiborq” bildirib ki, Ukraynanın 80-ə qədər hərbi qulluqçusunda qarşısıalınmaz qıcolmalar, qusma və nəfəs çatışmazlığı qeydə alınıb. Hərbi qulluqçuların bəziləri isə şüurunu itirdiyini bildirib.

Aeroportun hücumu zamanı separatçıların kimyəvi silahdan istifadə etdiyi barədə xəbərlər 19 yanvarda çıxmağa başlayıb.

“Separatçılar təxminən 12 saat ərzində Ukraynanın hərbi qulluqçularına qarşı gözyaşardıcı qaz növlərindən birini tətbiq ediblər”, - Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm