Dünya
Rusiya patriarxından abortla bağlı təklif
Moskva və bütün Rusiyanın patriarxı Kirill Rusiyada abortları qadağan etməyi təklif edib.
Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, patriarx Kirill bu təklifi Dövlət Dumasının deputatları qarşısında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, başlanğıc olaraq məcburi tibbi sığorta sistemi çərçivəsində göstərilən xidmətlərdən abortları çıxarmaq lazımdır. Kirill abortları Rusiyanın əsas bədbəxtliklərindən biri adlandırıb.
“Əgər abortların sayını iki dəfə azaltmaq mümkün olsaydı, möhkəm və güclü demoqrafik artım olardı. Bu şərin öhdəsindən gəlmə üçün kompleks tədbirlərin həyata keçirilməsi lazımdır. Buraya ailələrin mənzil problemlərinin həlli və çoxuşaqlı ailələrə maddi dəstək kimi tədbirlər daxildir.
Patriarx surroqat analığı da tənqid edib. Onun sözlərinə görə, bu ana anlayışını təhrif edir. Patriarx hesab edir ki, surroqat analığa alternativ olaraq yetim uşaqları övladlığa götürmək olar.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO