Separatçılardan xəbərdarlıq: “Üç istiqamətdə hücum başlanacaq”
Bizi izləyin

Dünya

Separatçılardan xəbərdarlıq: “Üç istiqamətdə hücum başlanacaq”

“Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” Aleksandr Zaxarçenko Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, separatçıların lideri bütün Donetsk vilayətini tutmaq istədiklərini bildirib.

“Biz indi Kiyevin necə reaksiya verəcəyini gözləyəcəyik. Kiyev indi başa düşmür ki, biz eyni zamanda üç istiqamətdə əməliyyatlara başlaya bilərik. Biz Donetsk vilayətinin sərhədinə çıxana kimi vuracağıq. Əgər Donetskin istənilən məntəqəsi üçün təhlükə görsəm, bu təhlükəni elə yerindəcə məhv edəcəyəm”, - Zaxarçenko deyib.

Qeyd edək ki, Luqansk və Donetsk “xalq respublikaları” eyni adlı vilayətlərin ərazisinin yalnız 30 faizinə nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm