“AirAsia” təyyarəsinin kabinəsi tapılıb
Bizi izləyin

Dünya

“AirAsia” təyyarəsinin kabinəsi tapılıb

İndoneziyalı xilasedicilər “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin kabinəsinin olduğu yeri müəyyən ediblər.

Bu barədə məlumat verən Milli Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi S.Supriyadi bildirib ki, kabinə təyyarənin fyuzelyajının olduğu yerdən 500 metr aralıda yerləşir. Dalğıcların verdiyi məlumata görə, heyətin komandirinin və ikinci pilotun cəsədləri hələ də kabinədədir. Lakin xilasedicilər hələlik kabinəyə yaxınlaşa bilməyiblər. S.Supriyadi qeyd edib ki, hazırda əsas vəzifə qəza zamanı təyyarədə həlak olanların cəsədlərinin dənizdən çıxarılmasıdır. O, eyni zamanda, təyyarənin fyuzelyajının çıxarılması əməliyyatına başlanıldığını bildirib: “Ümid edirik ki, bu gün biz fyuzelyajı dənizdən çıxarmağa nail olacağıq”.

S.Supriyadinin sözlərinə görə, fyuzelyajın sudan çıxarılması barədə qərar dalğıclar ilk dəfə onun içərisinə daxil olmağa nail olduqdan sonra qəbul edilib.

Agentliyin nümayəndələri belə güman edirlər ki, cəsədlərin çoxu artıq neçə gündür dənizdən çıxarılmasına cəhd göstərilən fyuzelyajın içərisindədir. Son məlumatlara görə, qəza zamanı təyyarədə həlak olan 162 nəfərdən 69-nun cəsədi artıq dənizdən çıxarılıb.

Xatırladaq ki, dekabrın 28-də Surabayadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra Kalimantan adaları rayonunda radarların ekranlarından itib. Xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm