Ərdoğan Somaliyə səfər etdi
Bizi izləyin

Dünya

Ərdoğan Somaliyə səfər etdi

Türkiyə prezidentinin Somalinin paytaxtı Moqadişuya səfəri güclü təhlükəsizlik tədbirləri altında baş tutub. Rəcəp Tayyib Ərdoğanın səfərinin məqsədi bir neçə layihənin həyata keçirilməsidir.

Publika.az xəbər verir ki, Ərdoğanı hava limanında Somali prezidenti Həsən Şeyx Məhəmməd və digər yüksək səlahiyyətli rəsmilər qarşılayıb. Türkiyənin dövlət başçısı Somalidə nailiyyətlə həyata keçirilən layihələri alqışlayıb.

Həsən Şeyx Məhəmməd isə Türkiyəyə Somaliyə qoyduğu investisiyalara görə təşəkkürünü bildirib.

Türkiyə Somaliyə yatırım edən əsas ölkələrdən biridir.

Qeyd edək ki, cümə axşamı günü Somoliyə səfər edən Türkiyə nümayəndə heyətinin qaldığı mehmanxanaya qarşı kamikadze hücumu həyata keçirilib. Türklər arasında xəsarət alan olmayıb. Bu hadisədən sonra Ərdoğanın səfərinin təxirə salınacağı ehtimal olunurdu.

Türkiyə mediasının məlumatına görə, Prezidentin səfəri başa çatıb. O, yerli vaxtla saat 22:45-də xüsusi təyyarə ilə Ankaraya qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm