Dünya
Putin dünya müharibəsinin qarşısını aldı - KİV
Prezident Vladimir Putinin bir dövlət xadimi kimi başlıca nailiyyəti odur ki, təhlükələr, sanksiyalar, təxribatlar qarşılığında və Qərb ölkələrinin hərbi hazırlığı genişləndirdiyi şəraitdə onlara silahla cavab verməyə qadir olsa da, üçüncü dünya müharibəsinin qarşısını aldı.
Axar.az xəbər verir ki, bu fikirləri Kubanın “Qranma” nəşri yayıb və Rusiya mediası da dərhal tirajlayıb.
Putini siyasi və hərbi strateq kimi qeyri-adi keyfiyyətlərə malik şəxs kimi xarakterizə edən yazıda Rusiya prezidentinin “yeni müharibələrə həris olan” NATO-nun hərb alovunu söndürdüyü bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bununla yanaşı, rus lider ölkənin hərbi potensialını yeni silah növləri və hərbi texnika ilə gücləndirə bilib: “Həm də bütün bunaları sanksiyalar, neftin aşağı qiymətləri və iqtisadi xarakterli digər çətinliklər şəraitində etdi”.
Yazıda Rusiyanın son aylar nüfuzunu artırdığı da iddia edilib.
Xatırladaq ki, Putin bütün münasibətləri hərblə həll etməyə meyilli lider sayılır. Ukraynada qardaş qırğınına səbəb olan müharibənin arxasında və bu ölkənin 20 faiz ərazisinin qan çanağına dönməsində Putin günahlandırılır.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı