SON DƏQİQƏ - FTX Krım Tatar Məclisinin binasına basqın etdi
Bizi izləyin

Dünya

SON DƏQİQƏ - FTX Krım Tatar Məclisinin binasına basqın etdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krım Tatar Məclisinin inzibati binasına basqın edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, binada hər kabinetin yanında bir silahlı keşik çəkir.

Krım Tatar Məclisinin inzibati binasında yerləşən ATR telekanalında isə axtarış aparılır. Binada FTX və Rusiya Federasiyasının İstintaq Komitəsinin müstəntiqləri telekanal rəhbərliyi ilə söhbət aparır. Hazırda kanalın işinin iflic olduğu bildirilir.

ATR telekanalının əməkdaşları isə daha əvvəl bildirirdilər ki, Rusiya telekanalı ekstremizmdə ittiham edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm