“Paralel dövlət”ə qarşı əməliyyat: 26 polis saxlanıldı
Bizi izləyin

Dünya

“Paralel dövlət”ə qarşı əməliyyat: 26 polis saxlanıldı

Bu gün Türkiyənin 11 vilayətində qeyri-qanuni dinləmələrlə bağlı əməliyyat həyata keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, eyni vaxtda başlayan əməliyyatda 26 nəfər polis saxlanılıb.

Saxlanılanlar arasında birinci dərəcəli təhlükəsizlik müdirləri də var. İzmir Respublika Prokurorluğunun təlimatı ilə başlayan əməliyyat zamanı tutulanlar arasında keçən ilin avqust ayında qeyri-qanuni dinləmələrlə bağlı saxlanılan polislərin də olduğu deyilir.

Eyni zamanda İzmir Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Terrorla Mübarizə Şöbəsinə gedən bütün prospekt və küçələr isə polis qrupları tərəfindən bağlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm