Dünya
Yaponiya İŞİD-in tələbini qəbul etdi
Yaponya “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tələbini qəbul edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın İordaniyadakı səfiri İŞİD terror qruplaşmasının girov götürdüyü Yaponiya vətəndaşının azad olunması əvəzində terrorçu qadın Sajida əl-Rişavinin sərbəst buraxılacağını açıqlayıb.
Xatırladaq ki, İŞİD girov götürdüyü iki Yaponiya vətəndaşının sərbəst buraxılması üçün 200 milyon dollar istəyib. Lakin istədiyini ala bilməyən İŞİD bir neçə gün əvvəl onlardan birini - Yukavanı edam edib. Terror qruplaşması dünən digər girov Kenji Qoto üçün İordaniyada həbsdə olan iraqlı terrorçu qadın Sajida əl-Rişavinin azad olunmasını tələb etmiş və bunun üçün 24 saat vaxt vermişdi.
Həmin qadın 2005-ci il noyabr ayında İordaniyanın paytaxtı Ammanda üzərində yerləşdirdiyi partlayıçı qurğunu partlatmaq istəyərkən yaxalanıb. O, “Radisson SAS“ hotelində keçirilən toy məclisində əri ilə birlikdə partlayış törətməyi planlaşdırıb.
Sajidanın “Əl-Qaidə”nin İraq qolunun rəhbər şəxslərindən birinin bacısı olduğu deyilir.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO