Dünya
İsrail-“Hizbullah” müharibəsi başladı – SON DƏQİQƏ
Livanla sərhəddə İsrail ordusuna məxsus zirehli avtomobil partladılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil tank əleyhinə raketlə vurulub.
Hadisəyə görə məsuliyyəti Livanın “Hizbullah” təşkilatı üzərinə götürüb. Təşkilatdan bildirilib ki, raket zərbəsi Suriyada “Hizbullah”a məxsus avtomobil karvanına yanvarın 19-da endirilən zərbələrə cavabdır.
İsrail tərəfinin məlumatında deyilir ki, dörd hərbi qulluqçu yaralanıb. Livanın “Maan” xəbərlər agentliyinin məlumatına görə isə ən azı 15 İsrailli hərbçi həlak olub.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə həmsərhəd rayonlara etdiyi səfəri yarımçıq qoyaraq Təl-Əvivə qayıdıb. Hazırda “Hizbullah”a cavab verilməsi üçün planın hazırlandığı deyilir. Son məlumatlara görə, İsrail ordusu Livanla sərhəd kəndlərə atəşi açır. Yerli sakinlər səkkiz raketin atıldığını bildiriblər. İtkilər barədə məlumat yoxdur. Sərhəd zonasında həmçinin İsrail təyyarələrinin uçuşunun qeydə alındığı xəbər verilir.
Ömər Dağlı
-
İdman20:24
Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki... - FOTO
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ