Dünya
Qorbaçov: “ABŞ və Rusiya arasında müharibə başlaya bilər” – ŞOK PROQNOZ
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov növbəti dəfə Rusiya-ABŞ münasibətlərindən danışıb.
Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident iki ölkə arasında münasibətlərin hazırda “soyuq müharibə” səviyyəsində olduğunu və bunun “isti müharibə”yə keçə biləcəyini deyib.
Siyasətçinin sözlərinə görə, Vaşinqton Moskva üzərində “triumf” haqqında əsas ideyasını açıq şəkildə reallaşdırmağa çalışaraq Moskvanı qarşıdurmaya çəkir.
“Təəssüf ki, mən artıq “soyuq müharibə”nin “isti müharibə”yə çevrilməyəcəyini qəti olaraq deyə bilmirəm. Qorxuram ki, ABŞ buna risk edə bilər”, - Qorbaçov əlavə edib.
Sovet İttifaqının keçmiş prezidenti həmçinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb: “ABŞ və Avropa Birliyindən indi yalnız Rusiya barəsində sanksiyalar haqqında eşidirsən. Doğrudanmı, onlar başlarını tamamilə itiriblər?”
Xatırladaq ki, Qorbaçov yanvarın əvvəlində də Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində Avropada irimiqyaslı müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edib. Siyasətçi həmçinin Almaniyanı Ukrayna böhranına qarışmamağa çağırıb.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO