Dünya
Ermənistanda yeni etiraz aksiyaları başladı – VİDEO (FOTOLAR)
Bu gün səhərdən etibarən erməni sahibkarlar ölkədəki mövcud uğursuz iqtisadi siyasətə qarşı İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb.
Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, kütləvi aksiyalara minlərlə insan toplaşıb.
Etiraz edən kütlə əsasən Ermənistanın Nazirlər Kabineti binası qarşısına yığışıb. Etirazçılar Ermənistan prezidentinin və baş nazirin yürütdüyü yarıtmaz sosial-iqtisadi siyasətin ölkədə yaratdığı vəziyyət barədə şüarlar səsləndirir və çıxışlar edirlər. Aksiyada həmçinin sahibkarlar vergi ilə bağlı yeni qanunun qüvvəyə minməsinə də etiraz edirlər. Sahibkarlar köhnə qanunun saxlanılmasını, ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
Ermənistan hakimiyyəti aksiyaları dağıtmaq üçün əraziyə polis dəstələri cəlb edib. Hazırda etiraz aksiyası davam edir.
Vasif Həsənli
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar