Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Bizi izləyin

Dünya

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa Birliyi Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyinin Məsləhəti Şurası bu barədə qərar qəbul edib.

“Biz şəxslərə və müəssisələrə qarşı ötən ilin mart ayında qəbul etdiyimiz məhdudlaşdırıcı ölçüləri sentyabra qədər uzatmağa qərar verdik. Bundan başqa, biz siyahıya yeni şəxslər və müəssisələrin əlavə edilməsi haqqında təklifləri hazırlamağa qərar verdik. Bu qərar 10 gün sonra Avropa Birliyinin xarici işlər nazirlərinin növbəti iclasında qəbul ediləcək”, - Avropa Birliyinin təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini bildirib.

Onun sözlərinə görə, müzakirələr çox məhsuldar keçib və qərar yekdilliklə qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm