Dünya
İtalyanlar prezident seçir
İtaliyanın yeni prezidentinin seçilməsi üçün keçirilən səsvermənin birinci mərhələsi yekunlaşıb.
AzərTac-ın Romadakı müxbiri xəbər verir ki, İtaliyada Deputatlar Palatasının, Senatın üzvləri və 58 regional nümayəndə, ümumilikdə 1009 nəfər yanvarın 29-da ölkənin yeni prezidentini seçmək üçün bir araya gəlib. Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (673) toplamadıqları üçün nəticənin növbəti mərhələlərdə bəlli olacağı gözlənilir.
İtaliyanın Baş naziri Matteo Renzi ölkənin Konstitusiya Məhkəməsinin hakimi Sergio Mattarellanın namizədliyini irəli sürüb. Keçmiş müdafiə naziri Mattarella İtaliyanın siyasi həyatında önəmli yer tutur.
Xatırladaq ki, Corco Napolitanonun istefasından sonra İtaliya Senatının sədri Pietro Qrasso müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edir.
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR