Dünya
7 saniyə yubandığına görə 27 milyon dollar itirdi
Kanada Ali Məhkəməsi 7 saniyəlik yübanmaya görə 27 milyon dollarlıq lotereya uduşundan məhrum olmuş vətəndaşın şikayətinə baxmaqdan imtina edib.
Kvebek bölgəsindən olan həmin sakin 2008-ci ildə lotereya tirajı bitməsinə bir neçə saniyə qalmış 2 lotereya bileti alıb. Lakin biletlərdən birincisi kassa aparatından vaxtında çıxsa da, ikincisi tiraj bağlandıqdan 7 saniyə sonra çıxıb, yəni yalnız növbəti tirajda iştirak üçün yararlı sayılıb.
Joel İfergan hər iki lotereya biletini möhlət vaxtı bitənə qədər aldığında və buna görə ikinci biletinin də məhz həmin günün tirajı üçün həqiqi sayılmalı olduğunda təkid edir.
Xəbərlərə görə öz hüququqnu sübut etmək üçün o, vəkillərə 100,000 dollar xərcləyib.
"Məyus olmuşam, bu, yalnız pul söhbəti deyil", - Joel İfergan CTV News televiziya kanalına bildirib.
Joel İfergan yaranmış vəziyyətdə görə təqsiri Kvebekin ləng işləyən lotereya maşınlarında görür.
"Kanadanın başqa yerində bilet alsaydım artq 7 il əvvəl milyoner olmuşdum", - Joel İfergan deyib.
Monreal sakini olan İfergan Kvebek lotereyası təşkilatçılarını məhkəməyə versə də, regional məhkəmə və Kanada Ali Məhkəməsi iddianı rədd edib.
Joel İferganın yubandığı tirajda 27milyonluq cekpot digər bir oyunçuya nəsib olub.
Bilet yubanmasına dair iddia məhkəmə tərəfindən təmin edilsəydi, həmin tək qalib cekpotu İfergan ilə tən yarı bölüşdürməli olacaqdı.
-
Magazin122:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR