Dünya
Moskva rusiyalı jurnalistlərin azad edilməsini tələb etdi
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi “LifeNews” telekanalın Kiyevdə saxlanılan jurnalistlərin azad edilməsini tələb edib.
Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Rusiyanın xarici siyasət idarəsi Kiyevdən KİV nümayəndələrinin qorxudulması kimi qüsurlu təcrübəyə son qoymağı tələb edib. Eyni zamanda Rusiya İstintaq Komitəsi oğurluq və Rusiya jurnalistlərinin peşəkar fəaliyyətinə mane olması fakt üzrə cinayət işi qaldırıb.
Qeyd edək ki, “LifeNews” kanalının jurnalistləri Yelizaveta Xramsova və Natalya Kalışeva Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Təhlükəsizlik Xidmətindən bildiriblər ki, “LifeNews” kanalının çəkiliş qrupu yaxın günlərdə ölkənin ərazisindən çıxarılacaq. Qurumun rəhbərinin məsləhətçisi Markiyan Lubkivski bildirib ki, rusiyalı jurnalistlərin Ukrayna ərazisinə 5 il müddətində girişi qadağan ediləcək. “Biz Rusiya jurnalistlərinin fəaliyyətini Ukraynanın milli təhlükəsizli və milli maraqlarına zidd qiymətləndiririk”, - Markiyan Lubkivski deyib.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO