Həsən Nəsrullah: “İsrailə mesajımız budur ki…”
Bizi izləyin

Dünya

Həsən Nəsrullah: “İsrailə mesajımız budur ki…”

Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah iki İsrail əsgərinin öldürüldüyü hücumla əlaqədar açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat lideri “Bu, İsrailə bir mesajdır” deyib.

“Bütün bölgə “Hizbullah”ı gözləyirdi. İsrail hərəkətinə görə cavab verməli idi. Sonu nə olursa-olsun, əməliyyatın yerini və vaxtını müəyyənləşdirdik, ən pis nəticəni də düşünərək həyata keçirdik. Bu, onlara bir mesajdır. İsrailə mesajımız budur ki, gücümüzü bir daha sınamasınlar”, - Həsən Nəzrullah bildirib.

Xatırladaq ki, “Hizbullah” yanvarın 28-də İsrail-Livan sərhədində İsrail ordusuna məxsus zirehli avtomobiliraketlə vurub. Hücumda 7 İsrail əsgəri yaralanıb, 2 əsgər ölüb. Təşkilatdan bildirilmişdi ki, raket zərbəsi Suriyada “Hizbullah”a məxsus avtomobil karvanına yanvarın 19-da endirilən zərbələrə cavabdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm