Srebrenitsa soyqırımı haqqında son qərar verildi
Bizi izləyin

Dünya

Srebrenitsa soyqırımı haqqında son qərar verildi

Hollandiyanın Lahey şəhərində yerləşən Beynəlxalq Haaqa Məhkəməsinin Apelyasiya heyəti Srebrenitsa soyqırımında ittiham olunan Serbiya ordusunun zabitləri haqqındakı son qərarını verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, beş zabitdən ikisi ömürlük həbs cəzasına məhkum edilib.

Digər üç zabit isə 13 ildən 35 ilə qədər həbs cəzası alıb. Vuyadin Popoviç və Lyubişa Beara ömürlük, Drago Nikoliç Radoviy Miletiç və Vinko Pandureviç isə müxtəlif müddətli həbs cəzası alan keçmiş zabitlərdir.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktı. Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib.

Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serb ordusu ilə yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak ediblər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq, soyqırımın qarşısını almaq mümkün olmayıb.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm