Dünya
İŞİD-dən Peşmərgəyə ağır zərbə: hədəf “can damarı”
“İslam Dövləti” (İŞİD) terror təşkilatı son iki gündə həyata keçirdiyi hücumlarda Şimali İraq kürd muxtariyyətinin Peşmərgə güclərinə ağır zərbə vurub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in hücumlarında 29 peşmərgə öldürülüb, 173-ü yaralanıb.
Kobanidə məğlubiyyətlə üzləşən İŞİD son iki gündə Kərkük və Mosul cəbhələrində fəallaşıb. Terror təşkilatı dünən Kərkük şəhərinin mərkəzində təhlükəsizlik qərargahının olduğu ərazidə içində partlayıcı maddə olan avtomobili partladıb. Partlayış nəticəsində briqada komandiri ölüb. Bildirilir ki, Peşmərgənin itkisinin əsas hissəsi İŞİD-in Kərkükün cənubunda təşkil etdiyi gecə hücumlarında qeydə alınıb.
Peşmərgə güclərinin məlumatına görə, İŞİD dünən gecə saatlarında Kərkükdən cənubda yerləşən Tel Əl-Verid, Məktəb Halid və Molla Abdullah kəndlərinə hücum edib. Terror təşkilatı şiddətli qarşıdurmalardan sonra Məktəb Halid və Molla Abdullah kəndlərini ələ keçirsə də, bölgəyə göndərilən əlavə Peşmərgə qüvvələri kəndləri geri alıb.
Kərkükün 12 kilometr cənubuna yaxınlaşan İŞİD ilə Şimal Neft Şirkəti və Molla Abdullah Elektrik Stansiyası arasında cəmi 2-3 kilometr var. Kərkükün “can damarı” olduğu deyilən Şimal Neft Şirkəti və Molla Abdullah Elektrik Stansiyasının ələ keçirilməsi İŞİD-in əsas hədəfidir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri də İŞİD-in irəliləyişinə maneə olmaq üçün Peşmərgənin verdiyi koordinatlar üzrə hava hücumları təşkil edir. Hərbi ekspertlər hesab edir ki, Kərkükün 40 kilometr cənubundakı Havicə mahalı İŞİD-dən tamamilə təmizlənə kimi təhlükə davam edəcək.
Ömər Dağlı
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı faciəvi şəkildə HƏLAK OLDU - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO