İvanişvili-Rusiya əlaqələrində xüsusi elçi: müdafiə naziri barədə şok iddia
Bizi izləyin

Dünya

İvanişvili-Rusiya əlaqələrində xüsusi elçi: müdafiə naziri barədə şok iddia

Gürcüstanın əsas müxalifət gücü, sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” Partiyası müdafiə nazirinin istefasını tələb edib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, partiyadan olan deputatlar Givi Tarqamadze, Georgi Kandelakini və Qiqa Bokeriya müdafiə naziri Mindiya Canelidzenin istefa tələbinin yer aldığı bəyanat verib.

Gürcü deputatların sözlərinə görə, nazir Mindiya Canelidzenin siyasəti ölkənin müdafiə sistemlərinin zəiflədilməsi və NATO-nun təlim-tədris bazası ilə bağlı layihənin həyata keçirilməsinin qarşısının alınmasına yönəlib. Qeyd olunur ki, müdafiə idarəsi başçısının atdığı addımlar ölkənin əks-kəşfiyyat xidmətini zəiflədir.

Onların sözlərinə görə, Mindiya Canelidze Avropa təhsili və düşüncə tərzi olan kadrları Müdafiə Nazirliyindən uzaqlaşdırır. “Vahid Milli Hərəkat” Partiyasından olan deputatlar hesab edir ki, Canelidze Rusiya xüsusi xidmət orqanları ilə münasibətlərdə keçmiş baş nazir Bidzina İvanişvilinin şəxsi elçisidir. Deputatlar qeyd edir ki, Canalidzenin müdafiə naziri postuna təyinatı Tiflisin Moskvaya güzəşt etdiyini göstəriir.

Saakaşvilinin adamları həmçinin qeyd edir ki, müdafiə nazirinin müavini postunda keçmiş spiker Nino Burcanadzenin lideri olduğu “Demokratik hərəkat - Birləşmiş Gürcüstan” Partiyasının üzvü Qirsiaşvilinin olması da həyəcan doğuran faktdır. Qeyd edək ki, keçmiş spiker Rusiya meyilli siyasətçi kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm