Dünya
BMT Liviya böhranı ilə bağlı növbədənkənar iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası Livyada böhranla bağlı növbədənkənar iclas keçirməyi planlaşdırıb. Ölkədə beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət və hərbi dəstələr hakimiyyət və ərazi uğrunda mübarizə aparır.
İslam Dövləti qrupunun Liviyada 21 misirli qibti xristianın başını kəsdikdən sonra Misir rəsmiləri bütün diqqəti Livyaya yönəldib.
Misir prezidenti Əbdül Fəttah Əl-Sissi Təhlükəsizlik Şurasını beynəlxalq qüvvələrin Liviyaya müdaxilə etməsinə icazə verməyə çağırıb. Misir İslam Dövləti qrupunu hədəf alan hava hücumları həyata keçirib.
Misirin xarici işlər naziri Sameh Həsən Şükrü Səlim Nyu-Yorkda jurnalistlərə bildirib ki, ərəb diplomatları 2011-ci ildə Müammər Qəzzafi devrildikdən sonra hərbi dəstələrin silahlandırılmasının qarşısını alacaq qətnamə üzərində işləyir.
O həmçinin bildirib ki, Tripoli və Tobrukda paralel hökumətlərin fəaliyyət göstərdiyi Liviyada siyasi sabitliyin yaradılması militant ideologiyanın aradan getməsinə kömək etməyəcək.
BMT-nin insan hüquqları üzrə komissarı Zeyd Raad əl-Hüseyn Liviyada misirlilərin kütləvi edamını insanların dini mənsubiyyətinə görə törədilmiş çirkin cinayət adlandırıb. O, liviyalıları irqi və dini mənsubiyyətinə görə insanlara hücum edən ekstremistlərə qarşı birləşməyə çağırıb.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək