Dünya
Gürcüstanın NATO-ya qoşulması gündəlikdə durmur
Gürcüstanın yaxın vaxtlarda NATO-ya qoşulması məsələsi gündəlikdə durmur və bu barədə Brüsesselin, Moskvanın və Tbilisinin dolğun məlumatı var.
Publika.az-ın məlumatına görə, bu barədə Gürcüstan Baş nazirinin təmsilçisi Zurab Abaşidzenin jurnalistlərə açıqlamasında bildirib.
Zurab Abaşidzenin sözlərinə görə, Tbilisinin alyansla əməkdaşlığının məqsədi Gürcüstanda NATO hərbi infrastrukturunun yerləşdirilməsi deyil.
"Bu əməkdaşlıq Gürcüstanda NATO infrastrukturunun yerləşdirilməsinə yönəlməyib", - Abaşidze ılavə edib.
Qeyd edək ki, ötən gün Gürcüstandan ayrılmış Cənubi Osetiyanın XİN rəhbərilə görüşdən sonra Sergey Lavrov bildirmişdi ki, Tbilisinin NATO-ya sürüklənməsi "Cənubi Qazfqazda sabitliyin bərqərar olunmasına xidmət etməyəcək.
"Bu proses reallaşmağa başlasa - belə görünür ki, artıq başlayır - onda bu prossesin vəziyyətə mənfi təsirinin qarşısını almaq üçün tədbirlər görməli olacağıq", - Rusiya XİN rəhbəri xəbərdarlıq edib.
Gürcüstan XİN-i cənab Lavrovun bəyanatına cavab olaraq bəyan edib ki, Avropa və Avroatlantika inteqrasiyası "ölkənin xarici siaysətinin prioriteti olaraq qalır".
"Gürcüstanın işğal olunmuş ərazilərinin militarizasiyasını davam etdirməklə və ilhaq etməyə çalışmaqla, Rusiya özü Cənubi Qafqazda sabitliyin bərqərar olmasına əngəl yaradır", rəsmi Tbilisinin bəyanatında qeyd olunub.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO