Dünya
Rusiyalı mühacir: “Rusiya III Napoleon rejiminin taleyini yaşayacaq”
Rusiya tarixçi, hazırda Ukraynada yaşayan mühacir Pavel Şextman “Kasparov.Ru” saytına müsahibəsində Rusiyanın hazırkı rəhbərliyinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Publika.az xəbər verir ki, Pavel Şextman Rusiyada vətəndaş cəmiyyətinin olmadığını və ölkəni tərk etməkdən başqa seçiminin qalmadığını bildirib.
Rusiyalı mühacir hakimiyyətin siyasi fəallara təzyiqlərinin daha da güclənəcəyini, hər şeyin qəddarlaşacağını deyib. O, Rusiyanın hazırkı sisteminin dağılacağını və bu sistemin artıq böhran zolağına daxil olduğunu qeyd edib.
“Tam analogiyadır: bu III Napoleon rejimidir, bonapartizm rejimidir. Rejim birmənalı olaraq sosial dəstəyə malik deyil və sosial qatlar arasında manevr edir. Ona görə də öz resurslarından sürətlə istifadə edir. III Napoleon böhrandan əvvəl Meksikada xarici siyasət macəralarına, daha sonra isə Prussiya ilə müharibəyə başladı və nəhayət məhv oldu”, - Pavel Şextman bildirib.
Onun sözlərinə görə, hər şeydən əvvəl iqtisadiyyat dağılacaq, daha sonra isə sosial etirazlar başlanacaq: “Və rejimin son dağılması prosesi başlanacaq. Rejimin iflasından sonra hansısa bir ağıllı alternativ lazımdır, liderlər lazımdır. Amma mən real vətəndaş cəmiyyətini görmürəm”.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ