Dünya
Putin: “Qiyamət ssenarisinin olacağını düşünmürəm”
Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində Ukraynanın şərqisindəki vəziyyəti və Rusiya-Ukrayna münasibətlərini dəyərləndirib.
Publika.az xəbər verir ki, Putin Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri tərəfindən imzalanan Minsk razılaşmasının BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəkləndiyini və bu mərhələdə yeni bir Minsk sammitinə ehtiyac olmadığını deyib.
Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatlarına məna vermədiyini bildirib: “Məsələn, Ukrayna prezidenti və digər ukraynalı səlahiyyətlilər bir il əvvəl baş verən faciəvi Maydan hadisələrində Rusiya rəhbərliyinin iştirak etdiyini bildirirlər. Bu, tamamilə axmaq və gerçəklərdən uzaq fikirlərdir”.
Krımın qaytarılacağı ilə bağlı Poroşenkonun dünən verdiyi bəyanata gəlincə, Putin bunun qeyri-mümkün olduğunu qeyd edib.
“Rossiya-1” telekanalının jurnalisti Putinə “Rusiya və Ukrayna arasında müharibə olarmı” sualı verib. Rusiya prezidenti isə cavabında “Mən bu qiyamət ssenarisinin mümkün olduğunu düşünmürəm. Proseslərin bu nöqtəyə gəlməyəcəyinə ümid edirəm” deyib.
Ömər Dağlı
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi