Dünya
Erməni oliqarx parlamentdə də “trio”nu “satdı”
Bu gün Ermənistan parlamentində respublikada hakimiyyət böhranı haqqında bəyanat layihəsinin müzakirələri davam edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” Partiyası, “İrs” Partiyası və Erməni Milli Konqresi tərəfindən ötən ilin oktyabrında parlamentə təqdim olunan layihə yalnız dünən müzakirəyə buraxılıb.
Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan vurğulayıb ki, hakimiyyət ölkə həyatının bütün sahələrində müvəffəqiyyətsizliyə düçar olub: “İqtisadiyyat, sosial sahə, daxili və xarici siyasət böhrandadır. Bütün bunlar kütləvi emiqrasiyaya gətirib çıxarıb. Ləngimək olmaz, bu bəyanatı qəbul etmək və vəziyyətin həlli yollarını tapmaq lazımdır”.
Lakin parlament müzakirələri yalnız hakimiyyət və müxalifət arasında deyil, həm də müxalifətin özünün daxilində parçalanmanın dərin olduğunu göstərib. Bəyanatın layihəsinin həmmüəllifləri olan “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası “çətin və gərgin daxili siyasi vəziyyəti” əsas gətirərək iclası boykot edib. Erməni Milli Konqresindən olan deputat Nikol Paşinyan isə bildirib ki, belə şəraitdə Ermənistanda hakimiyyət daha 20 il əvəz olunmayacaq.
Xatırladaq ki, oliqarx Qaqik Sarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” “müxalifət üçlüyü” hesab olunan “Çiçəklənən Ermənistan”, “İrs” və Erməni Milli Konqresinin fevralın 20-nə təyin etdiyi ümumxalq mitinqi qərarından son anda imtina edib. İddialara görə, prezident Serj Sarkisyanın oliqarxın biznesində maliyyə yoxlamalarının aparılacağı barədə xəbərdarlığı onu mitinq qərarından imtina etməyə vadar edib.
Ömər Dağlı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO