Dünya
Gəmidə 12 ton xaşxaş aşkarlandı
İspaniya Gömrük Mühafizə Müdirliyi və Fransız gömrük polisinin birgə keçirdiyi əməliyyat zamanı ələ keçirilən narkotik vasitəyə görə, dörd nəfərlik gəmi heyəti həbs olunub.
Gömrük Mühafizə Müdirliyi mətbuata verdiyi açıqlamaya görə,
İspaniyanın Melilla şəhərinin 30 kilometrliyində görülən Türk
balıqçı gəmisi şübhə doğurub və bu səbəbdən gəminin havadan
vertolyot və radarlar vasitəsi ilə nəzarətə götürülüb.
Əməliyyat Almeria sahillərində aparılıb. "Boğaz " adı ilə təşkil
edilən əməliyyat zamanı gəmidə axtarış aparılıb. Anbar qismində 480
paket buğdanın içinə saxlanmış təxminən 12 ton xaşxaş
aşkarlanıb.
İspan gömrük səlahiyyətlilərinin , keçən iyun ayından bu tərəfə
altıncı dəfə bu tip əməliyyatların təşkil edildiyini və Aralıq
dənizində yeni bir narkotik yolunun aşkarlandığı qeyd olunur.
Fransız, İtalyan və İspan gömrük mühafizə polisinin Aralıq
dənizində apardığı əməliyyatlarda 50 tondan çox narkotik maddənin
ələ keçirildiyi bildirilir. Cinayətkar dəstələrin balıqçı və ya yük
gəmilərini texniki nasazlıq adı ilə qısa müddətə Şimali Afrika
sahillərində dayandırdığı və həmin vaxt limandan gəmiyə narkotikin
yükləndiyi bildirilir. /AzNews.az
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO