Əsədin Türkiyə ilə bağlı dəhşətli planı - DEŞİFRƏ
Bizi izləyin

Dünya

Əsədin Türkiyə ilə bağlı dəhşətli planı - DEŞİFRƏ

Türkiyə kəşfiyyatı Suriya dövlət başçısı Bəşər Əsədin Türkiyə ilə bağlı xaos planını deşifrə edib.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Əsəd xüsusi təlim alan minlərlə məhkumun köməyi ilə Türkiyədə xaos yaratmağı planlaşdırırmış.

İddiaya görə, Əsəd Suriya həbsxanalarında olan məhkumlardan müharibədə istifadə etmək üçün onlara xüsusi təlim keçib. Türkiyə kəşfiyyatın əldə etdiyi məlumata görə, sayı mindən çox olan məhkumlar qarşıdakı günlərdə azadlığa buraxılacaq.

Azadlığa buraxılan məhkumların bir hissəsindən müxalif qüvvələrə qarşı istifadə ediləcək. Digər hissəsinin qarşısına isə Türkiyəyə sızmaq vəzifəsi qoyulub. Türkiyə sızmağı bacaran keçmiş məhkumlar isə yayda keçiriləcək parlament seçkiləri öncəsi silsilə terror aktları törətməlidirlər.

Qeyd edək ki, 11 may 2013-cü ildə Hatay vilayətinin Reyhanlı mahalında təşkil edilən iki ayrı terror aktında da Bəşər Əsədin izi tapılıb. Terror hücumlarında 52 nəfər həyatını itirib, 146-ı yaralanıb. Həbs olunan 20 şübhəlinin isə Suriyanın gizli xidməti “Əl Muhaberat”la əlaqəsi olan silahlı qrupun üzvləri olduğu müəyyən edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm