Dünya
2015-ci ildə Ermənistanda iqtisadi tənəzzül 10-12 faiz təşkil edəcək
2015-ci ildə Ermənistanda iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb.
Bankın yaydığı məlumata görə, 2015-ci ildə ölkədə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı gözlənilir. Ötən ilin yanvar ayı ilə müqayisədə Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb. Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin isə daha da pisləşməsinə yol açacaq. İqtisadçılar bu il Ermənistanda iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar.
Mərkəzi Bankın sabiq sədri Baqrat Asatryan bildirib ki, 2014-cü
ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz
artaraq 47 min nəfəri ötüb. Ölkədə iqtisadi vəziyyətin
pisləşməsinin əsas göstəricisi də məhz Ermənistandan mühacirətin
artmasıdır. Ölkədə iş yerlərinin olmaması əhlini miqrasiyaya sövq
edir. İşləri olan vətəndaşlar isə aylarla əmək haqlarını ala
bilmirlər.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...