Dünya
Obama səfər etdi, qadın uşaq doğdu – TIXACDA
ABŞ prezidenti Barak Obamanın korteji üzündən tıxacda qalan qadın uşağı yolda dünyaya gətirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən Kentukki ştatının Luisvill şəhərində baş verib.
Təcili tibbi xidmətə yerli vaxtla saat 17:15-də zəng daxil olub. Hamilə qadının evinə gələn təcili tibbi xidmətin maşını onu xəstəxanaya çatdıra bilməyib. Prezident Barak Obamanın ştata gəlişi səbəbi ilə küçələrdə nəqliyyatın hərəkəti kəsilib və yolda tıxac yaranıb. Tibb bacısı qadına elə tıxacda uşağı dünyaya gətirməyə kömək edib. Tezliklə təzə doğulan oğlan uşağı və onun anası klinikaya çatdırılıb.
Məlumata görə, bu artıq ikinci dəfədir ki, Obamanın korteji hamilə qadına doğum evinə çatmağa mane olur. İlk hadisə ötən ilin iyulunda Los-Ancelesdə baş verib.
Ömər Dağlı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO