Dünya
1917-ci il inqilabını “təkrarlamaq” istəyən britaniyalı tutuldu
Rusiyada təcrübə keçən Böyük Britaniya aspirantı casusluqda ittiham edilib.
Publika.az “Independent” nəşrinə istinadən xəbər verir ki, britaniyalı aspiranta Rusiyanı tərk etmək üçün 10 gün vaxt verilib.
“Independent”in yazdığına görə, Britaniyanın Nottingem Universitetinin 25 yaşlı aspirantı Lora Samner Nijni Novqorodda hakim qarşısına çıxarılıb və 2 min rubl cərimələnib. İttihamlara əsasən, o, tədqiqat üçün deyil, konkret “iş” arxasınca gedib.
Lora Samneri casus adlandıran “LifeNews” isə ehtimal edib ki, britaniyalı 1917-ci il inqilabı haqqında məlumat toplayırdı və Rusiya kəşfiyyatını narahat edən də bu olub. Fərz edilir ki, onun 1917-ci il inqilab haqqında topladığı məlumatlardan müasir dövrdə istifadə oluna bilər.
Nottingem Universitetinin məlumatına görə, Samner təhlükəsizlikdədir və onun Böyük Britaniyaya yaxın günlərdə qayıdışı gözlənilir.
Ömər Dağlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ