Dünya
İŞİD döyüşçüləri ölümcül dəri xəstəliyinə tutuldu - FOTO
Suriya və İraqda geniş ərazilərə nəzarət edən İŞİD terror təşkilatının yüzlərlə üzvü ölümcül dəri xəstəliyinə tutulub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, laysmaniya adlandırılan ölümcül xəstəlik İŞİD-in nəzarətində olan torpaqlarda sürətlə yayılır.
İngiltərənin “Daily Mirror” və ”Sun Express” qəzetləri də sözügedən xəstəliklə bağlı yazıb. Bildirilir ki, lazımi qədər təmizliyin təmin edilməməsi İŞİD-in əlindəki ərazilərdə sözügedən xəstəliyin yayılmasını sürətləndirəcək. Xəstəliyin yalnız İŞİD silahlıları deyil, Suriya xalqı üçün də böyük bir problem yaradacağı deyilir.
Şərq çibanı olaraq da tanınan xəstəliyin ortaya çıxmasının ən fundamental səbəblərdən biri böcək və ağcaqanadların dişləməsidir. Yüzlərlə İŞİD silahlısının yoluxduğu xəstəlik dərinin aşınmasına, qırmızı qan hüceyrələrinin sayının əhəmiyyətli şəkildə azalmasına səbəb olur.
Xəstəlik xroniki yorğunluq, çəki itirmə, dalağın şişməsi və qanın azalması kimi nəticələr yaradır. Müalicə olunmayacağı halda, xəstəlik ölümlə nəticələnir.
Ömər Dağlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO