Dünya
“The Interviev” filmi Şimali Koreyaya göndərildi
Sony tərəfindən çəkilmiş qalmaqallı "The Interview" filminin minlərlə nüsxəsi Şimali Koreyaya göndərilib.
Publika.az-ın məlumatına görə, cənublu fəallar filmin disklərini sərhəddə hava şarları vasitəsilə şimala göndəririlər. Belə ki, hava qarldıdan sonra fəallar minlərlə nüsxəni hava şarına bağlayaraq şimal istiqamətində buraxırlar. Lee Min-bok adlı fəal bildirib ki, yanvardan bəri o, gecə vaxtları dörd dəfə bu aksiyanı həyata keçirib.
Lee deyib ki, aksiya gözdənuzaq bir yerdə həyata keçirilib və polisin onu saxlamaq üçün heç bir hüququ yoxdur.
Qeyd edək ki, film Şimali Koreya liderinə “sui-qəsd”dən bəhs edir.
Şimal, Cənubi Koreyadan bu cür hava aksiyalarını dayandırmağı tələb edib və bildirib ki, bu, təxribatdır. Onun sərhədçiləri keçmişdə şarları vurmağa çalışıblar.
Lakin Cənubi Koreya bildirir ki, bu aksiyaların əbəs və hətta sərhəddəki insanlar üçün təhlükəli olmasına baxmayaraq, onun vətəndaşları öz fikirlərini ifadə etməkdə azaddırlar.
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək