Jurnalist minaya düşdü
Bizi izləyin

Dünya

Jurnalist minaya düşdü

Rusiyanın “Zvezda” televiziya kanalının əməkdaşı Andrey Lunev Ukraynanın şərqində minaya düşərək ağır yaralanıb.

Publika.az "İnterfaks"a istinadən xəbər verir ki, hadisə Şirokino kəndi ətrafında baş verib. Lunev atəşkəsə nəzarətlə bağlı ATƏT və Birgə nəzarət və koordinasiya mərkəzinin əməkdaşları ilə birlikdə yoxlamada iştirak edirmiş.

Jurnalist neytral ərazidə olan dayanacaqlardan birində simə ilişib və güclü partlayış baş verib. Ayağından və başından yaralanan jurnalist xeyli qan itirib. O, Novoazockdakı hospitala yerləşdirilib.

Televiziya kanalının saytında bildirilir ki, Donetsk sakini olan Lunev münaqişənin əvvəllərindən”Zvezda” televiziya kanalı ilə əməkdaşlıq edirmiş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm