Dünya
Narkotika alverçisi senata seçildi
Məşhur narkotika alverçisi Nigeriya Senatına keçirilən seçkilərdə qələbə qazanıb.
Publika.az “Associated Press” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ-da narkotika ticarətində ittiham olunan Buruji Kaşamu Nigeriyanın Oqun ştatından Senata seçilib.
ABŞ məhkəməsi hesab edir ki, Kaşamunu narkotika ticarəti ilə məşğul olan qrupun üzvüdür. Böyük Britaniya məhkəməsi isə onun 2003-cü ildə ABŞ-a ekstradisiyasından imtina edib. Kaşamu Britaniya hakimlərini inandıra bilib ki, amerikalılar ona həddindən artıq oxşayan mərhum qardaşı ilə səhv salırlar.
Buruji Kaşamu həmin il Nigeriyaya qayıdıb və Xalq Demokratiyası Partiyasının əsas maliyyəçilərindən biri olub. 2014-cü ildə isə Nigeriya məhkəməsi narkotik alverçisinin ABŞ-a ekstradisiyasına icazə verən qərar verib. Qərarı apelyasiya məhkəməsi də təsdiqləyib, amma ölkə hökuməti onu Vaşinqtona verməkdən imtina edib.
Kaşamunun seçkilərdəki rəqibləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək onu məhkəməyə veriblər.
Ömər Dağlı
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA