Dünya
Əhmədinejadın birinci müavini cinayətkar elan olunub
İranın Dövlət İşçiləri Məhkəməsi sabiq Prezident Mahmud Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhiminin cinayətkar olması barədə hökm çıxarıb. Trend xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA adını açıqlamadığı mənbəyə istinadən məlumat verir.
İranın MEHR agentliyinin məlumatına görə, ölkənin Baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi Məhəmmədrza Rəhiminin cinayətkar olması barədə hökmün çıxarılması haqqında yayılan məlumatları nə təsdiq, nə də təkzib edib və deyib ki, yaxın zamanlarda bu barədə mətbuat konfransı keçirilərək ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə birinci müavin işləyən Məhəmmədrza Rəhiminin adı "İran Sığorta" şirkətinin 3 milyard dollarlıq maliyyə fırıldağında hallanırdı. Hələ Rəhimi birinci müavin işlədiyi dövrdə bu məsələ ilə bağlı iş baxılmaq üçün məhkəməyə verilmişdi və məhkəmənin gedişində Prezident Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhimi, onun müşaviri İsfəndiyar Rəhimi Məşayi, Tehran valisi Murtaza Təməddün, təhsil naziri Kamran Daneşcunun adları rüşvət almaqda hallanmışdı.
Məhkəmənin iclasında əsas müttəhimlərdən biri bildirmişdi ki, Məhəmmədrza Rəhiminin şəxsi bank hesabına 1,5 milyard tümən (təqribən 600 min dollar) nağd pul köçürüb. 2013-cü ilin dekabr ayında Tehran Prokurorluğu bəyanat yayaraq ilk dəfə rəsmi şəkildə sabiq birinci müavin Məhəmmədrza Rəhiminin barəsində cinayət işinin açıldığını və onun girov müqabilində azadlıqda olmasını təsdiqləmişdi.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi