Dünya
Rusiya Qara dəniz donanmasından məhrum edilə bilər
Ukrayna parlamentində Rusiyanın Qara dəniz donanmasının statusu ilə bağlı imzalanan Xarkov razılaşmasının etibarsız elan edilməsi təklif olunub.
Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, deputat Oleq Lyaşko Rusiyanın Krım siysətinə cavab olaraq razılaşmanın etibarsız elan edilməsini təklif edib.
Xatırladaq ki, Rusiyanın Qara dəniz donanmasının Ukrayna torpaqlarında qalması ilə bağlı çərçivə razılaşması 1997-ci ilində imzalanıb. Rusiya bunun müqabilində Ukraynaya ildə 98 milyon dollar ödəyirdi. Qara dəniz donanması 2017-ci il mayın 28-dək Ukraynada qalmalı idi. Lakin 2010-cu il apreldə Ukrayna və Rusiya arasında imzalanan Xarkov razılaşmasına görə, Qara dəniz donanmasının Krımda qalma müddəti 25 il daha uzadılıb. Yəni, bu müqaviləyə görə, Qara dəniz donanması ən az 2042-ci ilə qədər Krımda qalacaq.
Ancaq bu müqavilə Rusiyanın bölgəyə istiqamətli iddialarını reallaşdırması üçün kifayət etmir. Çünki, Moskvanın təzyiqlərinə baxmayaraq Qara dəniz donanması ilə bağlı detallı şərtlər razılaşdırılmayıb. 2011-2020-ci illər arasında ordunun modernləşdirnilməsi proqramında Qara dəniz donanmasına böyük yer ayıran Moskva yaxın illərdə Krıma 15 yeni gəmi və sualtı qayıq göndərməyi planlaşdırır. 2017-ci ilə qədər 6 dənizaltı gəmisinin əlavə edilməsi, 2025-ci ilə qədər isə Qara dənizdəki müasir döyüş gəmilərinin sayını 35-ə çatdırmaq planlaşdırılır.
Qara dəniz donanması Ukraynada ən böyük vergi ödəyicilərindən hesab olunur. Məlumata görə, 2013-cü ilin doqquz ay ərzində Rusiyanın Ukraynaya ödədiyi pulun məbləği 1,72 milyard rubl olub.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ