Ukraynada iğtişaşlar başlayandan həlak olanların sayı 94 nəfərə çatıb
Bizi izləyin

Dünya

Ukraynada iğtişaşlar başlayandan həlak olanların sayı 94 nəfərə çatıb

Ukrayna ərazisində 2013-ci ilin noyabrın 30-dan cəmi 94 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verir.

Ukrayna ərazisində 2013-ci ilin noyabrın 30-dan cəmi 94 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə fevralın ortalarından toqquşmaların kəskinləşməsi vaxtından tibb müəssisələrinə 900 zərərçəkən müraciət edib, onlardan 606 nəfər xəstəxanaya yerləşdirilib. Bu zaman müalicədə indiyə qədər 242 nəfər saxlanılır.

Ukraynada siyasi böhran nazirlər kabineti ölkənin Avropaya inteqrasiyası dayandırıldığını elan edəndən sonra 2013-cü ilin noyabrın sonlarında yaranıb.

Kütləvi aksiyalar bütün Ukrayna üzrə keçirilib və yanvar ayında radikalların milislə toqquşması ilə nəticələnib. Kiyevdə miqyaslı küçə iğtişaşları fevralın 18-də bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm