Dünya
Türkiyə “Əl-Qaidə” ilə əlaqədə ittiham olundu
Vaşinqtonda yerləşən Demokratiyanın Mühafizə Təşkilatının direktor müavini Conatan Skanzer tərəfindən hazırlanan bir hesabatda Türkiyəyə qarşı ağır ittihamlar yer alıb.
Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 25 səhifəlik hesabatda Türkiyənin İrana qarşı qəbul olunan sanksiyaları pozduğu bildirilir və bunun Ankara-Vaşinqton əlaqələrinə zərər verəcəyi xəbərdarlığı edilir.
Hesabat qeyd olunur ki, sanksiyalara baxmayaraq, Türkiyə qızıl əvəzində İrandan təbii qaz alıb. Həmçinin ABŞ Ticarət Nazirliyinin terror və maliyyə kəşfiyyat dairəsinin fevral ayının əvvəlində yaydığı hesabat xatırlanır.
Xatırladaq ki, həmin hesabatda Türkiyənin Suriyadakı “Əl-Qaidə” terror təşkilatına maliyyə ayrılmasında vasitəçilik etdiyi, həmçinin Humanitar Yardın Vəqfinin (İHH) terrorçu təşkilatlarla əlaqələrinin olduğu iddia olunmuşdu.
C.Skanzerin hesabatında 17 Dekabr “rüşvət və sui-istifadə” istintaqının bu iddiaları daha da gücləndirdiyi qeyd olunur və AKP hökumətin davranışları tənqid edilir. O, qaz qarşılığında İranla edilən təbii qaz ticarətinin yalnız son altı ay ərzində ABŞ-a məlum olduğunu bildirib.
Amerikalı ekspert İran Mərkəz Bankına 13 milyard dollarlıq qızıl daxil olduğunu söyləyir. “Amerikanın səsi” radiosuna danışan Skanzer hesabatın gizli məlumatlara söykənmədiyini, açıq mənbələrdən toplanılan bir neçə illik işin məhsulu olduğunu ifadə edib.
Hesabatı dünən Vaşinqtonda digər analitiklərlə qiymətləndirən C.Skanzer ABŞ Maliyyə Nazirliyinin əlindəki ittihamları dəstəkləyəcək çoxlu sayda məlumatın olduğunu və bunların ictimaiyyətə açıqlanmasının vacib olduğunu deyib. O, bildirib ki, hesabatı yayımlamaqla məqsədi heç də Türkiyə kimi müttəfiq bir ölkənin cəzalandırılması deyil.
Müzakirələrdə iştirak edən Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşı Can Oğuz isə bildirib ki, Türkiyə də “Əl-Qaidə” terror təşkilatının hədəfidir və buna görə də hesabatda yer alan iddialar qəbuledilməzdir. O, Türkiyənin terrorla mübarizə mövzusunda müttəfiqlərlə əməkdaşlıq etdiyini qeyd edib.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ