Dünya
Rus politoloq: "Putin öz ölüm hökmünü imzaladı"
Ukrayna ilə müharibənin başlanmasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski hesab edir ki, Vladimir Putin bununla öz ölüm hökmünü imzalayıb.
Milli Strategiya İnstitutunun təsisçisi və direktoru, Milli
Strategiya Şurasının keçmiş direktoru Stanislav Belkovski bu fikri
"Snob" portalında dərc olunmuş köşə yazısında bildirib.
"Beləliklə, biz Ukraynaya qoşun yeritmək istəyirik. Rusiyanın Qara
dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının
iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı
Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və
raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski
və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada
olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil,
onlar anlayan kimi Putinin sonu çatıb, “qarın ağrısına düşəcəklər”.
Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur",
- deyə Belkovski bildirib. /anspress/
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi