Dünya
Səudiyyə İran təyyarəsinə görə Səna hava limanını bombaladı - VİDEO
Səudiyyə Ərəbistanının liderlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada yerləşən hava limanını bombalayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ərəb koalisiyası bununla da husi qiyamçılarına yardım daşıyan İran təyyarəsinin hava limanına enməsinə mane olub.
Məlumata görə, döyüş təyyarələri dünən Səna hava limanına enməyə çalışan İran təyyarəsini geri döndərməyə çalışıb. Ancaq təyyarə dispetçerin göstərişlərini dinləməyib və Sənaya doğru uçmağa davam edib. Bundan sonra isə ərəb koalisiyasının döyüş təyyarələri hava limanının eniş xətlərini bombalayıb və İran təyyarəsi geri qayıtmağa məcbur olub.
Bombardman nəticəsində Yəmənə aid bir neçə sərnişin təyyarəsi yanıb. İranın rəsmi xəbər agentliyi İRNA Qızıl Aypara Cəmiyyətinə aid olan təyyarənin tibbi ləvazimatlar və ərzaq daşıdığını bildirib.
Qeyd edək ki, ərəb ölkələri Yəməni təxminən bir aydır hava və dənizdən mühasirəyə alıb.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ