Dünya
Bəşər Əsədin sonu çatdı: yeni ittifaq yaradılır
Suriyanın Bəşər Əsəd rejiminə son qoyacaq ittifaq yaradılır.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” informasiya agentliyi türk səlahiyyətlilərə istinad edərək bildirib.
Xəbərə görə, Türkiyə və Səudiyyə Ərəbistanı Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalifət güclərinə yardım edilməsi mövzusunda razılaşıb.
Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Gürsel Tekin Türkiyənin iki gün ərzində Suriyaya müdaxilə edəcəyini iddia edib. Onun sözlərinə görə, məlumatı çox etibarlı bir mənbədən alıb.
Yayılan digər bir xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu həftənin sonuna kimi Suriya müxalifətinin hərbi hazırlığı üzrə proqramın icrasına başlamaq niyyətindədir. ABŞ-ın 400 hərbi təlimatçısı artıq adıçəkilən ölkələrə gəlib. Təlimlərdə iştirak etmək üçün Suriya müxalifətindən təxminən üç min nəfər yazılıb. Məlumata görə, müxalifət qüvvələri tibbi yardımın göstərilməsi, döyüş əməliyyatlarının taktikası, odlu silahlar və radioötürücülərdən istifadə üzrə biliklər alacaq. Suriya müxalifətinin təlim proqramına görə, hər il təxminən beş min döyüşçü hərbi təlim almalıdır.
Ömər Dağlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ