Buşun qardaşı: “Mən də İraqı işğal edərdim”
Bizi izləyin

Dünya

Buşun qardaşı: “Mən də İraqı işğal edərdim”

ABŞ-ın 43-cü prezidenti oğul Corc Buşun qardaşı Jeb Buş ailəsinin siyasətini davam etdirmək niyyətində olduğu barədə siqnal verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Jeb Buş İraqın işğalını dəstəkləyib.

“Fox News” telekanalın qonağı olan Buş aparıcının “Hazırda bildiklərinizi həmin vaxt bilsəydiniz İraqın işğalı barədə göstəriş verərdinizmi” sualına bu şəkildə cavab verib: “Bəli verərdim, Hillari Klinton da verərdi. Hətta həmin kəşfiyyata qarşı olan hər kəs bu qərarı verərdi”.

Qeyd edək ki, Ceb Buşun 2016-cı il prezident seçkilərində iştirakı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm