Dünya
Ayaqqabı fabrikində yanğın: 72 nəfər öldü – FOTOLAR
Filippinin paytaxtı Manilada yerləşən ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində ən azı 72 nəfər insan həlak olub.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, fabrik işçilərindən bəzilərinin taleyi haqda hələ də xəbər yoxdur. 30-dan çox insan isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Ayaqqabı fabrikində yanğın dünən yerli vaxtla günorta saatlarında baş verib. Yanğına binanın əsas girişində aparılan qaynaq işlərinin səbəb olduğu ehtimal edilir.
Yanğınsöndürənlər düz 7 saat ərzində yanğını söndürməyə çalışıb.
İşçilərdən biri deyib: “Güclü partlayış oldu və yanğın başladı. Biz dərhal ehtiyat çıxışına tərəf qaçdıq. Lakin həmin binada işləyən bəzi yoldaşlarımız yanğından qurtula bilmədi. Onlar pilləkənlə aşağı düşə bilmədiyi üçün tələyə düşdülər. Hesab edirəm ki, oradan 70-dən artıq işçi çıxa bilmədi”.
Yanğın zamanı itkin düşən qızın atası deyib: “Elə bilirdim ki, qızımın meyitini görsəm, onu tanıya biləcəm, amma tanıya bilmədim. Valideynlərdən heç kim yanğın zamanı təkcə sür-sümükləri qalmış övladlarını tanıya bilmədi”.
Xilasedicilər meyitlərin yanında üzük, mobil telefon, saat kimi maddi sübutlar tapmaqla onların şəxsiyyətini müəyyən etməyə çalışacaq.
Bina tamamilə yandığı və hər an uça biləcəyi üçün meyitlərin şəxsiyyətini tanımağa əngəl olur.
Nura
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir