Moskva “Türk axını” layihəsində “pat” vəziyyətə düşüb
Bizi izləyin

Dünya

Moskva “Türk axını” layihəsində “pat” vəziyyətə düşüb

Afina “Türk axını” qaz kəmərinin tikintisinə Moskvanın maliyyəsini cəlb edə bilməyəcək.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

Onun sözlərinə görə, Yunanıstanın ən böyük kreditoru kimi Avropa Birliyi yeni kreditlərin cəlb olunmasına məhdudiyyətlər qoyur. Rusiyalı məmur bildirib ki, Avropa Birliyi adətən bu cür layihələrdə özündən başqa heç kimdən pul götürməməyi məsləhət görür.

“Türk axını” boru kəmərinin Yunanıstan hissəsinin maliyyələşdirilməsinə Moskvanın pul ayıra bilməsi, Avropanın Birliyinin isə layihəyə qarşı olması səbəbi ilə Afinaya pul verməkdə həvəsli olmaması layihənin perspektivini şübhə altına qoyur. Yunanıstanın özündə isə boru kəmərinin Yunanıstan hissəsini çəkməyə pul yoxdur. Mayın 24-də Yunanıstanın daxili işlər naziri Nikos Vusis bildirib ki, ölkə Beynəlxalq Valyuta Fondunun kreditini ödəmək iqtidarında deyil. “İyunda Beynəlxalq Valyuta Fonduna tranş 1,6 milyard avro təşkil etməlidir. Amma bu mümkün olmayacaq, çünki bunun üçün pul yoxdur”, - o, deyib.

Hazırda Yunanıstanın kreditorlar qarşısında borcunun ümumi məbləği 300 milyard avrodan çoxdur.

Rusiya prezidenti Vladimir Putin tərəfindən ötən ilin dekabrın 1-də Türkiyəyə səfəri zamanı elan edilən “Türk axını” boru kəməri layihəsinə Vaşinqton da qarşıdır. Vaşinqton mayın əvvəlində Afinaya məsləhət görüb ki, Rusiya təbii qazının Qara dənizin dibindən keçməklə Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya daşınmasını nəzərdə tutan “Türk axını” layihəsində iştirakdan imtina etsin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm